III siniflərdə monitorinq keçirilib.

15.05.2024-cü il tarixdə BŞTİ tərəfindən ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq təşkil olunub. Monitorinq 4 nömrəli tam orta məktəbdə də obyektiv və ciddi şəkildə həyata keçirilib. Monitorinq materialları şagirdlərə iki variantda təqdim olunub. Dinləmə mətnləri dinləmə qurğuları vasitəsi ilə hər sinifdə iki dəfə dinlədilib.
Məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən, standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.