"Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür".

13.05.2024-cü il tarixdə məktəbin 8 b sinif şagirdləri ilə İqlim dəyişikliyi və COP 29 ilə bağlı maarifləndirici söhbət aparıldı.Biologiya müəllimi Lamiyə Hacıyeva və tarix müəllimi Əsədalı Cəbrayılov İqlim dəyişikliyinin fəsadları və COP 29-un əhəmiyyəti haqqında ətraflı çıxış etdilər.Şagirdlər COP 29 ilə bağlı film izlədilər.