Mənim ana dilim,mənim kimliyim

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, tarixi tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Fəaliyyət Planının 1.3.17-ci bəndinə müvafiq olaraq dövlət dilinin təbliği məqsədilə aylıq çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi davam edir. Fevralın 21-də ana dili və ədəbiyyat müəllimi Cəfərova Ülviyyə Tapdıq qızının təşkilatçılığı ilə məktəbdə Ana dili gününə həsr olunan dəyirmi masa təşkil edilmişdi.