Xalqımızın milli adət-ənənələri Novruz

      Novruz xalqımızın ən gözəl, ən sevilən bayramıdır. Novruz yeni il, yeni gün deməkdir. Hər il xalqımız bu bayramı sevərək qeyd edir. Adət-ənənələrlə zəngin olan bu bayramı böyüklər də, kiçiklər də sevir, gəlişini həsrətlə gözləyir. 
     Məktəbin tədbirlər planına əsasən 18 mart 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Əhmədli Gülnarə, Həsənova Aişənin təşkilatçılığı və 5 a, 5 d sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirildi. Milli geyimli oğlan və qızlar bayram tədbirində çıxış etdilər. Rəqslər edildi, mahnılar oxundu, şeirlər səsləndirildi. Novruz adətlərinin əks olunduğu səhnəciklər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi