İDMAN HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ SƏHƏR GİMNASTİKASI VƏ ƏN SÜRƏTLİ ŞAGİRD

   1–7 mart tarixlərində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.
Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
Proqrama uyğun olaraq səhər gimnastikası və " Ən  sürətli şagird" qaçış yarışı  mövzusu üzrə fiziki tərbiyə müəllimi Əsədov Seymur şagirdlərə gimnastik hərəkətlər etdirdi,qaçış yarışları təşkil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi