“Ardıcıllığı tamamla” metodikası ( uşaqlarda diqqətin korreksiyası)

C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin psixoloqu Süleymanova Zeynəbin təşkilatçılığı ilə məktəbin 1 c sinfində “Ardıcıllığı tamamla” metodikası ( uşaqlarda diqqətin korreksiyası) işlənilmişdir.
Hər hansı bir duyğunun əmələ gəlməsi üçün və ya hər hansı bir obyektin qavranması üçün mütləq ona diqqət yetirmək lazımdır. Diqqət şüurun müəyyən bir obyekt üzərinə yönləndirilməsi və mərkəzləşdirilməsi prosesidir.Buna uyğun olaraq məktəbin psixoloqu şagirdlərdə diqqətin keçirilməsi və mərkəzləşməsi, şüurlu qavrama üzərində iş aparmışdır.