“ Zərərli vərdişlərə birlikdə yox deyek!”

       Qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən  zərərli vərdişlər  nəinki insanın özünə, onun  ailəsinə,  ətrafına və yaşadığı cəmiyyətə  ciddi ziyan vurur. Bu vərdişlərin forması və sayı getdikcə artır və insan cəmiyyətinə  öz mənfi təsirlərini göstərir. Zərərli vasitələrdən istifadə adətən, yeniyetməlik dövründən başlayır. Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə  və məktəb  birgə işləməlidir.  Şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək məqsədi ilə məktəbin  9- cu sinif oğlan şagirdlərinin  iştirakı ilə  29.11.2023- cü il tarixdə maarifləndirici  tədbir   təşkil edildi. Tədbirdə  məktəbin şagirdlərlə məktəbdənkənar  və sinifdənxaric  işlər üzrə təşkilatçı  Hacıyeva Lamiyə, Fiziki tərbiyə müəllimi Əsədov Seymur, UBTR-  Əhmədova  Ləman çıxış edərək  zərərli vərdişlərin mənfi nəticələri barədə məlumat verdilər, slayd və şəkillər nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi