REPRODUKTİV SAĞLAMLIQ

23.11.2023- cü il tarixində məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı və Biologiya müəllimi Hacıyeva Lamiyə, UBTR- i Əhmədova Ləmanın təşkilatçılığı ilə VIII sinifdə təhsil alan qızların iştirakı ilə reproduktiv sağlamlıq mövzusunda II məşğələ keçirilmişdir. Məşğələdə reproduktiv sağlamlığın gələcək nəsil üçün önəmi, gigiyena qaydaları, düzgün qidalanmanın sağlam inkişafda rolu mövzularında maarifləndirici söhbət aparıldı. Məktəbin həkimi Rüxsarə Quliyeva şagirdlərin suallarını cavablandırdı.