"KİÇİK AKADEMİYA"LARIN ÜMUMŞƏHƏR KONFRANSINA HAZIRLIQ GÖRÜŞÜ

“Heydər Əliyev” ilinə həsr olunmuş Kiçik Akademiya üzvlərinin I Ümumşəhər konfransına hazırlıq görüşü keçirildi.
Paytaxtdakı 307 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məktəb direktorları, Sabunçu rayonu Ümumi təhsil müəssisələri üzrə “ Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Konfransda məktəbimizdən “Kiçik Akademiya”nın rəhbəri Qurbanəliyeva Aytən, Rəfiyeva Rizvanə və VIII sinif şagirdi Məmmədzadə Tunar iştirak etdilər.