“ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ"

          10.11.2023 -cü il tarixində məktəbin  8 Noyabr-Zəfər Günü ilə bağlı Tədbirlər Planını əsas tutaraq  sinif rəhbəri Ələkbərova Rəfiqə müəllimin başçılığı ilə 5b sinif şagirdləri II Fəxri  xiyabanı ziyarət ediblər. Şagirdlər İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş vətən oğullarının məzarına çiçək dəstələri qoyublar. 
        Ziyarətin məqsədi şagirdlərə tariximizi, Milli Qəhrəmanlarımızı tanıtmaq, onların xatirəsini daim böyük ehtiramla yad etməkdən ibarət olub.  Məktəblilər vətənə, onun bütövlüyü uğrunda canlarından keçən şəhidlərə aid şeirlər söyləyib, “Şuşa Qarabağın tacıdır!","Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi