"ŞANLI ZƏFƏRİMİZ" ADLI TƏDBİR KEÇİRİLDİ.

          Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 – ci il tarixli F – 191 nömrəli əmrinə əlavənin icrasını təmin etmək məqsədilə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanmışdır  Tədbirlər Planına müvafiq olaraq noyabrın 6 - da məktəbimizdə “Şanlı Zəfərimiz” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şagirdlər hazırladıqları şeirləri söylədilər, mahnıları ifa etdilər, səhnəcikləri təqdim etdilər Məktəbin Şəhid məzunu Ceyhun Sadıqova  həsr olunmuş “Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir!” adlı kompozisiya təqdim olundu. 44 günlük Vətən müharibəsində qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu xüsusilə vurğulandı.

Zəfərdən üç il sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edildiyini, Azərbaycanın müstəqilliyinin, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edildiyi söyləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi