VI və IX siniflər üzrə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət Sektoru tərəfindən ümumi təhsil müəssisələrinin VI və  IX siniflərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi.

Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Təhsilalanlara Azərbaycan dili fənni üzrə  30, riyaziyyat fənni üzrə  25, xarici dil fənni üzrə 30 sual təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi.

Qeyd edək ki, nəticələr bal və məzmun təhlili formasında şagirdlərə və fənn müəllimlərinə təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi