"Ekologiya və Sağlamlıq"

Bildiyimiz kimi, 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Bu hədəf adı altında müxtəlif ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2016/2017-ci tədris ilinin yanvar ayından etibarən başlayan “Ekoloji aylıqlar” layihəsi bunlardan biridir. Yanvar ayı “Ekologiya və İqtisadiyyat” aylığı elan olunmuşdu. Məktəbimizdə bu sahədə fəaliyyətimiz davam etməkdədir. Şagirdlərdən ibarət BİRLİKDƏ QƏNAƏT EDƏK adlı qrup yaratmışıq. Qrup üzvləri bir həftə ərzində məktəbdə monitorinq keçirərək israfçılığın qarşısın almağa çalışıblar. 23.01.2017-ci il tarixdə,məktəbin müəllimi Durna Əliyevanın, 7- ci və 8- ci sinfin hazırladqları təqdimat dinlənildi. Onlar hansı sahədə israfçılıq olduğunu araşdırıb diqqətimizə çatdırdılar. Olduqca maraqlı olan araşdırmaya görə şagirdlərimizə təşəkkür edirik.