"Olimpiya Hərəkatı-2017"

Olimpiya hərəkatının ümumtəhsil məktəblərində təşviqi,bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi,"Bakı-2015" Avropa Oyunlarının idman irsinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin,Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Olimpiya Hərəkatı-2017" layihəsi çərçivəsində 11.01.2017-ci il tarixdə Sabunçu rayonu 311№li məktəbdə keçirilən idman yarışlarında məktəbin şagirdləri fəal iştirak etdilər.