Anım Günü - ümumməktəb tədbiri

Azərbaycan Respublikası Təhsil nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq 27.09.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 4b sinif rəhbəri Rizvanə Rəfiyevanın təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlandı. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən məktəb rəhbərliyi 44 günlük Vətən müharibəsi haqqında şagirdlərə məlumat verildi. Qəhrəman əsgərlərimizin şücaətindən danışıldı.
Daha sonra şagirdlər şeirlər söylədilər və kompozisiya nümayiş etdirdilər.