Uşaqlar bizim gələcəyimizdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr-20 noyabr 2016-cı il tarixlərində respublikamızda "Uşaq hüquqları aylığı"nın elan edilməsi ilə əlaqədar 11 noyabr 2016-cı il tarixdə məktəbdə "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirildi.Tədbirin təşkili və keçirilməsinə rəhbərlik edən tarix müəllimi F.Ağalıyev BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi,uşaq hüquqlarının qorunması,daha da yaxşılaşdırılması ilə bağlı geniş məlumat verdi.İstedadlı şagirdlərin söylədikləri şeirlər,ifa etdikləri mahnı və rəqslər,səhnəciklər hamı tərəfindən alqışla qarşılandı.Xüsusən karate növü üzrə bir çox yarışların qalibi olmuş IIIb sinif şagirdi Vəliyeva Fatimənin şən musiqi sədaları altında bu idman növünün gözəlliklərini nümayiş etdirməsi,Vb sinif şagirdi Alıyev Əlinin sazda bacarıqlı ifası əsil bayram əhval-ruhiyyəsi yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi