“Son zəng” tədbiri

İyunun 14-də Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Tədbirdə məktəb rəhbərliyi,Balaxanı bələdiyyəsinin sədri Bahadur Həşimov, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktor əvəzi Fərid Ağaliyev mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor əvəzi şagirdlərin əldə etdikləri uğurlardan danışıb.

Tədbirdə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülaran Əliyeva “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Məzunların həyatında yeni mərhələnin açıldığını deyən direktor müavini onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

Tədbirdə çıxış edən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar və sülh rəmzi olan göyərçinlər buraxılıb.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi