Kitabxanada bir gün

Şagirdlərin mütaliəyə həvəsinin artırılması onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edir. Mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərir. Düzgün təşkil edilən və planlaşdırılan mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissi bəxş edir. Mütaliə mədəniyyətinin düzgün təşkili şagirdlərin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsinə vətənpərvər ruhlu, bilikli və savadlı, fəal, sağlam əhval-ruhda tərbiyə olunmuş vətəndaşların yetişdirilməsinə səbəb olur. Şagirdin özünü bir şəxsiyyət kimi təsdiq etməsinə, özünü reallaşdırmasına əlverişli şərait yaradır.
Bu məqsədlə 18.05.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 4"Ç" sinif rəhbəri Aysel İbrahimli şagirdlərlə birlikdə Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına kitabxanada oldular.