Məktəb psixoloqunun təqdimatı

Çətin tərbiyə olunan uşaqların aşkar olunması və onların korreksiyası məktəbin və məktəb psixoloqunun əsas vəzifələrindən biridir.Məktəb reallığını nəzərə alsaq bu gün çətin tərbiyə olunan uşaqlar kifayət qədər çoxluq təşkil edir.Belə uşaqlarla vaxtında düzgün iş aparılmazsa cəmiyyətə yararsız şəxslərin sayında artım müşahidə oluna bilər.
Bununla bağlı olaraq 16.05.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin psixoloqu Nuranə Məmmədrzayevanın Yeniyetməlik dövrü və "çətin" uşaqlar mövzusunda psixoloji maarifləndirmə seminarı adı altında tədbir təşkil olunmuşdur.
Tədbirdə psixoloq müəllimlərə yeniyetməlik yaşı dövrünün psixoloji xüsusiyyətləri , çətin tərbiyə olunan uşaqların xüsusiyyətləri və onlarla aparılan iş, yeniyetmələrlə düzgün ünsiyyət üsulları haqqında geniş məlumat vermişdir.