Şagirdimizin uğuru

Aprel Şəhidlərinin Əziz Xatirəsinə həsr olunmuş Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin klublararası açıq turnirində 50 kq çəki dərəcəsində I yer tutduğuna görə Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Əlifağa Hüseynov diplom və medalla təltif edilmişdir.
Şagirdimizi bu uğuru münasibəti ilə təbrik edir və gələcək yarışlarda ona uğurlar arzulayırıq.