“HACI ZEYNALABDİN TAĞIYEVİN” EV MUZEYİNƏ EKSKURSİYA

ŞAGİRDLƏRİMİZ “HACI ZEYNALABDİN TAĞIYEVİN” EV MUZEYİNDƏ EKSKURSİYADA OLDULAR
Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"C" sinif şagirdiləri sinif rəhbəri Zinət Abbasovanın təşkilatçılığı ilə Hacı Zeynalabdin Tağıyevin ev muzeyində ekskursiyada oldular. Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarətdir.Muzeyi təşkil edən otaqlar bunlardır:Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı,Sona xanım Tağıyevanın bəzək otağı – burada, yataq otağı, təmizlik otağı.Xatirə muzeyinin ekspozisiyası Tağıyevin iş kabinetindən başlayır.Burada bilavasitə Tağıyevin özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar və Tağıyevin təltif edildiyi bütün medal və ordenləri nümayiş etdirilir.Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir.Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və sair qoyulmuşdur.Muzey ekspozisiyaları ilə tanış olan şagirdlərimiz xoş təəssüratlarla oradan ayrılmışdır.