"Əziz Şuşa, sən azadsan!", "Şuşa Qarabağın döyünən ürəyi" - inşa müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 mart 2022-ci il tarixli F-121 N-li əmri ilə təsdiq edilmiş "Şuşa ili" ilə bağlı Tədbirlər Planına uyğun olaraq 28.04.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə V-VII sinif şagirdləri arasında "Əziz Şuşa, sən azadsan!", "Şuşa Qarabağın döyünən ürəyi" mövzularında inşa yazı müsabiqəsi keçirildi.