"İçərişəhər" Dövlət- Tarix Memarlıq Qoruğu

Şagirdlərin asudə vaxtlarının təşkili ilə bağlı ekskursiyalar tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına gətirib çıxardaraq,təlimin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin potensial imkanlarının üzə çıxarılmasında ,məktəblilərin milli- mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəb üzrə sinif rəhbərləri Rəvanə Rəhimova və Zinət Abbasova tərəfindən təşkil edilən bu ekskursiyaların əsas məqsədi yuxarıda qeyd olunanlarla yanaşı zəngin tarixi və maddi mədəniyyət abidələri haqqında şagirdlərə geniş məlumat verməkdən ibarətdir.
24.04.2022-ci il tarixində Şirvanşahlar sarayına, "İçərişəhər" Dövlət- Tarix Memarlıq Qoruğuna, Miniatür Kitab Muzeyinə ekskursiya təşkil edildi.
Şəhərimizin bir sıra görməli yerlərinə təşkil edilən bu ekskursiyalar uşaqlar üçün çox yadda qalan oldu.