"Oxu günü" - tədbiri

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli "Oxu günü" tədbirinin keçirilməsi barədə əmrini icra etmək məqsədilə Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 3"B" sinif şagirdləri Rizvanə Rəfiyevanın təşkilatçılığı ilə Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına kitabxanada oldular