" Oxu günü" - tədbiri

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütailənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 21.04.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 3"Ç" sinif rəhbəri Yasəmən Bəylərovanın təşkilatçılığı ilə şagirdlər Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına kitabxanada oldular.Şagirdlər kitabxana ilə tanış olduqdan sonra müxtəlif bədii ədəbiyyat və nağıl kitabları oxudular

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi