Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya

18.04.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 3"A", 3"B", 3"C" , 3"Ç" və 3"D" sinif şagirdlərinin iştirakı ilə Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil olundu.
Daha sonra Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi ilə yaxından tanış olan şagirdlərə bildirildi ki, Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən H.Z.A.Tağıyevin xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzey ümumilikdə 9 otaqdan ibarətdir və xatirə muzeyinin ekspozisiyası H.Z.A.Tağıyevin iş kabinetindən başlayır. Qeyd edildi ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.
Ekskursiya şagirdlər tərəfindən böyük maraqla qarşılandı.