" Zərərli vərdişlərə " Yox!" deyək "

15 aprel 2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi.
İctimaiyyətin diqqətini tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəltmək, bu zərərli vərdişdən çəkinmə yollarını müzakirə etmək məqsədi ilə bütün dünyada, o cümlədən Azərbaycanda əhalinin məlumatlandırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir.
Yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində keçirilən tədbiri giriş sözü ilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev açaraq, şagirdləri sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Məktəbin Kimya müəllimi Ülviyyə Xəlilova, Biologiya müəllimi Durna Əliyeva və Coğrafiya müəllimi Aytən Qurbanəliyeva tütün məmulatlarının və narkotiklərin insan orqanizminə mənfi təsiri barədə geniş təqdimatla çıxış edərək, ölkəmizdə əhalinin, gənc nəslin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışdı. Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran müəllimlər bildirdilər ki, bu zərərli vərdişə aludəlik ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və digər ağır xəstəliklərin əsas risk faktorunu təşkil edir. Daha sonra çıxış edən məktəbin psixoloqu Nuranə Məmmədrzayeva gəncləri tütün, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox yaradıcılığa vaxt ayırmağa, aktiv həyat tərzi keçirməyə səslədi.
Şagirdlərin təqdimatları dinlənildi.Maarifləndirici videoçarx nümayiş olundu.
Tədbirin yekununda şagirdlərin sualları cavablandırıldı.
5Huseyn Agayev, Седа Касим и ещё 3