“Aprel döyüşləri bizim şanlı qələbəmizdir”

Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"C" sinif rəhbəri Zinət Abbasovanın təşkilatçılığı ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı sinif təşkilat saatı keçirildi.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Daha sonra şagirdlər "Aprel döyüşləri" haqqında məlumat verdilər , şeirlər səsləndirdilər və musiqilər ifa etdilər.
Həmçinin şagirdlər tərəfindən "Aprel döyüşləri" nə həsr olunmuş divar qəzetləri də hazırlanmışdır.