31 mart – Azərbaycanlıların Soyqırımı Günü

31 mart 2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın tariximizin faciəli səhifələrindən biri olduğunu söyləmişdir. Hüseyn Ağayev soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söhbət açmışdır.

“31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda çıxış edən məktəbin tarix müəllimi Suqra Novruzova demişdir ki, hər il martın 31-də Azərbaycan xalqı bu kütləvi və amansız qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir. Ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir, mənfur erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür. Suqra Novruzova bütün sahələrdə olduğu kimi dövlətimizin milli maraqlarının qorunması istiqamətində də ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər tribunalardan istifadə etdiyini, məhz onun rəhbərliyi altında həyata keçirilən diplomatiyanın hazırda təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyduğunu diqqətə çatdırmışdır.

Çıxış edən şagirdlər də 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımının tarixi, səbəbləri barədə məlumat vermiş, xalqımızın zaman-zaman qarşılaşdığı problemlərdən bəhs etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi