Əhmədiyyə Cəbrayılovun 100 İllik Yubileyi

Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 11 avqust 2020 – ci il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin kitabxanasında "dəyirmi masa" keçirildi.
Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüşyolu keçib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.
Tədbiri giriş sözü ilə açan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev İkinci Dünya müharibəsində Azərbaycanın rolu haqqında tədbir iştirakçılarına məlumat verdi.Daha sonra məktəbin kitabxana müdiri Məlahət Əliyeva Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yoluna nəzər saldı.
Şagirdlər təqdimatlarla çıxış etdilər.