İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi

Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur.8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır.Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq 09.03.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin kitabxanasında 8-ci sinif şagirdlərinin iştirakı ilə "dəyirmi masa" keçirildi. Tədbiri giriş sözü ilə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev açaraq İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı haqqında şagirdlərə məlumat verdi.Daha sonra məktəb kitabxanaçısı Fidanə Məmmədova çıxış edərək bildirdi ki, İrəvan tarixi Azərbaycan torpaqları olub.Həmçinin İrəvan Müəllimlər Seminariyasının tariximizdəki yeri və rolu barədə məlumat verdi.

Sonda şagirdlər hazırladıqları divar qəzetləri və təqdimatlar barədə fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi