STEAM dərsləri

Üç ildir mərhələli şəkildə ölkəmizin ümumtəhsil müəssisələrində tədris olunan STEAM fənni bu ildən Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli məktəbin 6-cı siniflərində tədris olunmağa başlayıb. STEAM təhsil metodu şagirdlərə bir neçə spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), Riyaziyyatın (Math) və İncəsənət (Art) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. STEAM 5 fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir.

Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərir. Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və İncəsənətin birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdırlar. STEAM-in praktikliyi və problemlər üzrə öyrənmə xüsusiyyəti fənlərarası və tətbiqi yanaşmadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi