Şagirdlərimiz Qala Dövlət Tarix - Etnoqrafiya Qoruğunda

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 5"C" sinif rəhbəri Aytən Qurbanəliyevaının rəhbərliyi altında şagirdlərin 07.03.2022-ci il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olundu. Məqsəd şagirdlərin dərsdənkənar fəaliyyətlərinin səmərəli keçirməsini təmin etmək və onlarda milli mənəvi dəyərləri qorumağın nə qədər vacib olduğunu aşılamaq idi. Şagirdlərimiz açıq səma altında təşkil olunmuş muzeyin ərazisini gəzdilər. Qoruqda gəzinti zamanı şagirdlər real tarixi eksponatlarla tanış oldular və bu da onlarda keçmişə səyahət təəssüratı yaratdı. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu gəzintisi çox səmərəli keçdi və şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi