"Müstəqilliyimiz əbədidir"

18.10.2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 25 illiyi münasibətilə məktəbdə ümumməktəb tədbiri və "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir"adlı dəyirmi masa keçirildi.Məktəbin foyesində keçirilmiş tədbirdə şagirdlərin fəal çıxışları,söylədikləri şeirlər, nümayiş etdirilən video-çarxlar hamıya bayram əhval-ruhiyyəsi yaşatdı."Dəyirmi masa"nın keçirilməsi Ulu Öndər H.Əliyevin həyat yolunun ardıcıllıqla açıqlanması,müəllim və şagirdlərin çıxışları ilə nümayiş etdirilən video-çarxların bir-birini tamamlaması hamı tərəfindən böyük maraq və rəğbətlə qarşılandı."Dəyirmi masa"nın ərsəyə gəlməsində xüsusi zəhməti olan,tarix müəllimi Fərid Ağalıyev mövzu ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat verdi.