Yol hərəkətinin təşkili

02.03.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə 4"B", 4"C", 4"Ç" sinif rəhbərləri Vüsalə Zeynalova, Səkinə Asanova, Aysel İbrahimlinin təşkilatçılığı və şagirdlərin iştirakı ilə "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı" nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə tədbir keçirildi.Tədbirin keçirilməsində əsas məqsəd televiziya və radio kanallarında, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumatların ümumtəhsil məktəblərinin müəllim və şagird ictimaiyyətinə çatdırılması, təhsildə fərqlənən məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə mütəmadi cəlb edilməsinin stimullaşdırılması, uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdan ibarət olub.
Tədbiri giriş nitqi ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülaran Əliyeva bildirib ki, müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm amilə çevrilib. Tədbirdə çıxış edən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsi diqqət mərkəzindədir. O, yol hərəkəti nişanları ilə bağlı geniş məlumat verərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə edib və hamını qanunlara riayət etməyə çağırıb.
Sonda şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub və şagirdlər yol hərəkəti ilə bağlı maarifləndirici videoçarxlara baxıblar.