"Reproduktiv sağlamlıq" mövzusunda təqdimat.

"Reproduktiv sağlamlıq" mövzusunda təqdimat.
Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 6 və 7-ci sinfində təhsil alan oğlan və qız şagird qrupları üçün "Reproduktiv sağlamlıq" mövzusunda təqdimat keçirildi.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxış edərək "Reproduktiv sağlamlıq" mövzusu üzrə şagirdlərə müxtəlif məlumatlar verdi.
Daha sonra məktəbin Biologiya müəllimləri Durna Əliyeva, Mahirə Qocayeva, Həyat bilgisi fənnini tədris edən Aytən Qurbanəliyeva 6 və7-ci sinifdə təhsil alan qız şagirdlərinə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır", Fiziki tərbiyə müəllimi Seymur Əsədov 6 və 7-ci sinifdə təhsil alan oğlan şagirdlərinə "Zərərli vərdişlər: Siqarət çəkmək, alkoqolizm və narkomaniya" mövzusu üzrə mühazirələr oxudular.Mövzular üzrə videoçarxlar nümayiş etdirildi.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.