Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə

24 fevral 2022-ci il tarixində ADA universitetində Xocalı Soyqırımının 30-cu il dönümünə həsr edilmiş “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçirildi.
Ölkəmizdə yaşayan 50-dən çox əcnəbi gəncin, ölkə xaricində təhsil alan azərbaycanlı gənclərin iştirak etdiyi konfransın əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olmuşdur. Xarici ölkələr arasında Xocalı haqqında maarifləndirmənin aparılması və xarici tələbələrin sözügedən mövzuda nə edə biləcəyi ilə bağlı suallar müzakirə olundu.
Konfransda Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin Fizika müəllimi Günay Nəzərovada iştirak etdi.