"Xocalı - faciədən doğan intiqam”

"Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib

24.02.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimləri Tacəddin Allahyarlı, Ülkər Abdullayeva, İngilis dili müəllimi Ayşən Əsədova, Tarix müəllimi Suqra Novruzovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.

Əvvəlcə Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktor əvəzi Fərid Ağaliyev çıxış edərək Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımdır.

Nəzərə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.

Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib. Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ qoluna aid olan yüzlərlə xalça məmulatlarımız düşmən tərəfindən talan olunub və özününküləşdirilib.

Daha sonra məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxış edərək əminliklə bildirib ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən digər bölgələrimiz kimi Xocalının da həsrətinə tezliklə son qoyulacaq, sakinlər öz evlərinə dönəcək və Xocalı yenidən qurulacaqdır.

Daha sonra o, Xocalının tarixi, strateji əhəmiyyəti barədə ətraflı məlumat verib.

Azərbaycan dili və Ədəbiyyat müəllimi Tacəddin Allahyarlı tədbirdə iştirak edən uşaqlara üz tutaraq, onların bu gün burada iştirak etmələrinin heç də təsadüf olmadığını bildirib və əlavə edib ki, Azərbaycan gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də uşaqların əlindədir.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi