Uşaq kitabxanasına ekskursiya

Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur.8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır.Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 6"B" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Məhərrəmovanın rəhbərliyi altında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular.