"Mənim Ana dilim"

Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir
Dil xalqın ruhunun təzahürüdür. Dil onun ruhu, o isə dilin ruhudur.
Humboldt
Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. Heydər Əliyev deyirdi:"Hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur ".
21 Fevral 2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Yasəmən Bəylərovanın rəhbərliyi ilə "Mənim Ana dilim" başlıqlı tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında şeirlər və musiqilər səsləndirildi, rəqs nömrələri , səhnəciklər nümayiş etdirildi.
Tədbirdə fəallıq göstərən şagirdlər fəxri fərmanla təltif olundu.