"21 Fevral Beynəlxalq Ana Dili Günü"

18.02.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə 6"B" sinif rəhbəri Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə "21 Fevral Beynəlxalq Ana Dili Günü" münasibəti ilə nümunəvi dərs keçirildi.

Tədbir çərçivəsində Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verilib, məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirləri səsləndi,C.Məmmədquluzadənin "Anamın kitabı" əsərindən səhnəcik nümayiş etdirildi.

Tədbirdə çıxış edən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi