"Şəhidlər ölməz, Vətən bölünməz"

16.02.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 3"A" sinif rəhbəri Sədaqət Qasımovanın təşkilatçılığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirilib.Tədbir başlamazdan öncə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülaran Əliyeva çıxış edərək bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir.Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxışında Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb.
Daha sonra şagirdlər Vətən şəhidlərini tərənnüm edən səhnəciklər nümayiş etdirib, mahnı və şeirlər səsləndiriblər.