Kitabxanada bir gün

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Bu məqsədlə Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 3"A" sinif rəhbəri Sədaqət Qasımova şagirdlər ilə birlikdə Balaxanı qəsəbəsində yerləşən Mirzə Ələkbər Sabir adına kitabxanada olmuşdur.