Anım tədbiri

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur.

19.01.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə "20 Yanvar faciəsi" nin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edən məktəbin direktor əvəzi Fərid Ağaliyev və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Milli azadlıq uğrunda mübarizəyə qalxmış günahsız insanlara qarşı silahlı təcavüz nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardım və milis işçiləri olub.

Faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etiraz səsini ucaldıb, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb edib.

20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirilib və səhnəcik nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi