"20 Yanvar faciəsi"nə həsr olunmuş əl işləri

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin kitabxanasında uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin və təsviri incəsənət müəllimi Səadət Cəfərovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan sərgi təşkil edilib. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır. Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.