"Yol hərəkəti qaydaları uşaqların gözü ilə" maarifləndirici tədbir

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Afaq Dadaşovanın təşkilatçılığı ilə "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" maarifləndirici tədbir keçirildi.
Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq təşkil edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor əvəzi Hüseyn Ağayev açaraq bildirdi ki,tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları, ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülaran Əliyeva və Fərid Ağaliyev çıxış edərək bildirdilər ki, sözügedən dövlət proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Sonda şagirdlərin çıxışları dinlənildi.