Anım günü - "Dəyirmi masa"

Dekabrın 12-si xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Bakı C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi Suqra Novruzovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq "dəyirmi masa" keçirildi.