“İlin peşəkar gənci”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib. Qaliblərlə görüş zamanı AHİK sədri onları qazandıqlar bu nailiyyət münasibətilə təbrik edib.
Qaliblərdən biri də Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin Fizika müəllimi Günay Nəzərovadır.
Günay müəllimi məktəb kollektivi adından təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Təşəkkürlər, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı.