Nizami Gəncəvinin 880 illik yubileyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilmişdir.

Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq 7"C" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.

Şagirdlər Nizaminin yaradıcılığına aid şeirlər söylədilər, "Xeyir və Şər" adlı əsərin səhnəciyini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi