12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi Suqra Novruzovanın təşkilatçılığı ilə 12 noyabr- Konstitusiya Günü ilə əlaqədar olaraq məktəbin kitabxanasında VII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi.